AZ

Dünyanın 10 ən qatı cinayətkarı

Kulis.az dünyanın 10 ən qatı cinayətkarını təqdim edir.

Pablo Eskobar

Pablo
Kolumbiyalı narkobaron və Medellin kartelinin lideri. Eskobar dünyanın ən güclü narkotacirlərindən biri hesab olunurdu və narkotik dövriyyəsi zamanı minlərlə insanın həyatını itirməsinə səbəb olub.

Onun narkotik karteli 1980-ci və 1990-cı illərin əvvəllərində ABŞ-də kokain ticarətinə nəzarət edirdi. Narkotik satışından əldə etdiyi gəlirlə 1989-cu ildə Forbes jurnalında dünyanın ən varlı yeddinci şəxsi elan edilib.

Bəzi kolumbiyalılar Pablo Eskobarın cinayətlərini pisləyir, bəziləri isə onu yoxsullara kömək etdiyi üçün Robin Hud kimi görür. Onun dəfnində 25.000-dən çox insan iştirak edib. Onun şəxsi mülkü "Hacienda Nápoles" hazırda əyləncə parkı kimi fəaliyyət göstərir. Onun həyatı əsasında filmlər, teleseriallar və mahnılar hazırlanıb.

Ted Bandi

Ted
ABŞ-lu seriyalı qatil. 1970-ci illərdə 30-dan çox qadını öldürdüyü ehtimal olunur. Şarmı və cazibədarlığı ilə qurbanlarını cəlb edir və öldürürdü.

Ted Bandi Amerika seriyalı qatillərinin arasında ən məşhuru hesab olunur və "seriyalı qatil" termini də ilk dəfə olaraq Bandinin məhkəməsi zamanı işlədilib. Ted Bandi xarici görkəmi ilə qadınları kimsəsiz ərazilərə gətirir, onları zorlayır, ölümcül şəkildə döyür, sonda isə cəsədlərini zorlayaraq parçalayırdı.

Ted Bandi ikinci dəfə həbsxanadan qaçan vaxt yanına gələn dostlarından aldığı 500 dollarla Çikaqo şəhərinə bir nəfərlik bilet aldı. Daha sonra isə dəmiryolu ilə Çikaqodan Miçiqan ştatına getdi və burada bir maşın oğurladı. Maşını Atlanta şəhərində atıb qaçdı. Bandi Floridaya getmək üçün Talahase şəhərinə gedən avtobusa mindi. 1978-ci ilin yanvar ayında yatmış vəziyyətdə olan iki qadını bita ilə döyərək öldürdü, iki qızı isə ağır şəkildə yaraladı. 1978-ci ilin 9 fevral tarixində Leyk Siti şəhərinə getdi. Burada 12 yaşlı Kimerli Linçi qaçıraraq öldürdü. Kimerli Ted Bandinin son qurbanı olmuşdur. 15 fevral tarixində Bandi Pensakola şəhərinə gedərkən polis tərəfindən saxlanıldı. Maşının oğurluq olduğu məlum olandan sonra Bandi həbs olundu. İlkin dindirmə zamanı Bandi bir neçə cinayəti etiraf etdi və Pensakoladan Mayami şəhərinə göndərildi.

İkinci dəfə başlayan məhkəmə 1979-cu ilin 25 iyun - 29 iyul tarixlər boyunca davam etdi. Bandiyə vəkil ayrılsada o özü özününü müdafiə edib və vəkildən imtina edib. Hakim Edvard Kovart məhkəməyə təqdim olunan sübutları, hadisə şahidlərinin ifadələrini qəbul edib və Ted Bandini elektrik stolunda edam edilməsi qərarını verib. Məhkəmə prosesləri davam edərəkən Bandi Karol An Bon ilə məhkəmə salonundaca evlənib. Proses müddətində Ted Bandi öz fanatlarından yüzlərlə açıqca və məktub alıb.

Hakim Edvard Kovart edam qərarının açıqlayarkən bu fikirləri söyləyib:

" Edam olunmanız barədə ümumi qərar qəbul edilmişdir. Ölənə qədər bədəninizə elektrik veriləcəkdir. Cavan oğlan, özünüzü qoruyun. Bunu sizə səmimi şəkildə söyləyirəm, özünüzü qoruyun. Bu anda insanlığın bu şəkildə məhv olmasına şahidlik etmək, bir vətəndaş kimi mənim və eyni zamanda bu zalda oturanlar üçün dəhşətdir. Savadlı, gənc bir adamsınız. Yaxşı bir vəkil ola bilərdiniz, sizi mənimlə birlikdə işləyərkən görmək məni sevindirərdi, ancaq siz səhv yolu seçdiniz. Özünüzü qoruyun, sizə qarşı heç bir kinimin olmadığını bilməyinizi istəyirəm. Özünüzü qoruyun".

1982-ci ildə An Bon və Ted Bandinin qız övladları dünyaya gəlib. Ancaq sonralar Bon Bandidən boşanmış, özününü və qızının soyadının dəyişdirib. Ted Bandi Florida Dövlət Həbsxanasına göndərilib və burada öz ölüm sırasının gözdəməyə başlayıb. Bandi həbsdə olarkən bir çox cinayətin açılmasında FBİ agentlərinə köməklik edib. Ted Bandi edam edilməsindən bir gün əvvəl verdiyi müsahibəsində vəziyyətin bu həddə gəlməsində cəmiyyətdə olan zorakılıqları göstərib. Bandi edam günün səhərisi yüngül səhər yeməyi yeyib. 1989-cu ilin 23 yanvar tarixində saat 7:06 Ted Bandi elektrik stolunda Kimerli Linç cinayətinə görə edam edilib. Bandinin son sözləri, "Ailəmə və dostlarıma sevgilərimi çatdırın" - olub.

Xoakin "El Çapo" Quzman

undefined

Meksikanın Sinaloa kartelinin lideri. "El Çapo" dünyanın ən böyük narkotik tacirlərindən biri kimi tanınır. Onun karteli Meksikada böyük qətllərə və zorakılıqlara səbəb olub.

2014 ilində saxlanılıb, ancaq 14 avqust 2014-ci ildə həbsxanada duşların altında 1.5 kilometr uzunluğunda tunel qazdırıb qaçıb.. Amerika hökuməti Quzmanı tutmaq üçün lazımi bilgiləri verənə 5 milyon dollarlıq mükafat vəd edib. 2015-ci ildə narkotik alverini sabotaj etdikləri səbəbilə, İŞİD başçısı Əbubəkr Bağdadino təhdid edib. 8 yanvar 2016-cı il tarixində yenidən həbs edilib.

19 yanvar 2017-ci ildə Meksikadan Amerikaya ekstradasiya edilib.

Çarlz Menson

müəyyən

1960-cı illərin sonlarında Kaliforniyada yerləşən Menson ailəsinə rəhbərlik edən amerikalı cinayətkar, dini lider və musiqiçidir.

Üzvləri 1969-cu ilin iyul və avqust aylarında dörd yerdə ən azı doqquz cinayət törədiblər. 1971-ci ildə Menson kinoaktrisa Şeron Teyt də daxil olmaqla yeddi nəfərin ölümünə görə birinci dərəcəli qətldə təqsirli bilinib. Prokurorluq iddia edib ki, Menson heç vaxt qətllərə birbaşa göstəriş verməsə də, cinayətlərdə onun da əli var.

2017-ci il yanvarın 1-də Menson mədə-bağırsaq qanaxması olduğu üçün Bakersfild şəhərinin mərkəzindəki Mersi Xəstəxanasına aparılarkən Corcoran Həbsxanasında saxlanılırdı . Yanvarın 6-da o, həbsxanaya qaytarıldı və onun müalicəsi barədə heç nə açıqlanmadı. 15 noyabr 2017-ci ildə Mansonun Bakersfilddəki xəstəxanaya qaytarıldığı deyilir, lakin Kaliforniyanın Korreksiya və Reabilitasiya Departamenti bunu əyalət və federal tibbi məxfilik qanunlarına uyğun olaraq təsdiq etmədi. O , noyabrın 19-da xəstəxanada yoğun bağırsaq xərçəngi nəticəsində yaranan tənəffüs çatışmazlığı nəticəsində ürək dayanmasından öldü.

Adolf Hitler

undefined

Nasist Almaniyasının lideri. Hitler II Dünya Müharibəsini başladıb və Holokost zamanı milyonlarla insanın, xüsusilə yəhudilərin ölümünə səbəb olub.

Adolf Hitler tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısında beşinci yerdədir.

1 sentyabr 1939-cu ildə özəl müzakirələrdə, Hitler Britaniyanı məğlub etmək və Polşanı məhv etmək məqsədilə bu dövlətlərə qarşı müharibə etmək niyyətində idi.[51]

1939-cu il 1 sentyabr tarixində alman qoşunları Polşaya hücuma keçiblər. 2 gün sonra buna cavab olaraq Polşa ilə aralarındakı müttəfiqlik sazişinə əsasən İngiltərə və Fransa Almaniyaya müharibə elan ediblər, lakin İngiltərə və Fransa 1940-cı ilin may ayına qədər fəal hücumlar etməyiblər. Bu hadisə tarixə "Qəribə müharibə" adı ilə daxil olub. Tezliklə müharibənin miqyası genişlənib və tezliklə Avropanı, sonra isə İtalyanın səyləri ilə Şimali Afrikanı və Yaponiyanın qoşulması ilə Şərqi və Cənub-şərqi Asiyanı bürüyüb.

Hitler həyat yoldaşı Eva Braunla birlikdə 30 aprel 1945-ci ildə bunkerlərin birində intihar edib.

Üsamə bin Laden

undefined

"Əl-Qaidə" terror qruplaşmasının lideri. 11 sentyabr 2001-ci il tarixində ABŞ-a qarşı həyata keçirilən terror hücumlarının arxasında durmuş ən təhlükəli terrorçulardan biri olub.

1994-cü ildə vətəndaşlıqdan çıxarılıb apatrid olana qədər Səudiyyə Ərəbistanı vətəndaşı olub. Üsamə bin Laden "Bin Laden" nəslinin tanınmış nümayəndəsidir.

2011-ci ilin 2 may tarixində gizlənildiyi aşkar edilən Abbottabaddakı kompleksində Amerika xüsusi təyinatlı qüvvələrin hücumu nəticəsində qətlə yetirilib.

İosifStalin

undefined

Sovet İttifaqının lideri. Stalin rejimi altında milyonlarla insan aclıq, təmizləmələr, sürgün və repressiyalar nəticəsində həyatını itirib.

Sovet propaqandası Stalinin ətrafında yarı-ilahi "böyük rəhbər və müəllim" siması yaradılıb. Stalin və onun yaxın ətrafının adları şəhərlərə, zavodlara, kolxozlara, hərbi texnikalara verilib. Onun adı Marks, Engels və Lenin ilə birlikdə çəkilirdi. Onun haqqında tərifləyici mahnılar bəstələnirdi və hətta onun adı SSRİ-nin 1944-cü il himninin tekstinə də salınıb..

Şəxsiyyətə pərəstişlik tənqid edildikdən sonra məşhur yazıçı M. Şoloxov Stalin şəxsiyyətinə pərəstiş haqqında belə deyib:

"Hə, həqiqətəndə pərəstiş var idi…. amma şəxsiyyət də var idi!"

O, 1953-cü il martın 5-də beyninə qansızmadan vəfat edib. Belə bir versiya da mövcuddur ki, Lavrenti Beriya və ya N. S. Xruşşov ona kömək etməməklə onun ölümünə səbəb olub.

Riçard Ramirez

ABŞ-lı seriyalı qatil və manyak. 1980-ci illərin ortalarında Kaliforniyada 14-dən çox insanı öldürüb.

O, tapançalar, bıçaqlar, palalar, təkərlər və çəkiclər də daxil olmaqla müxtəlif silahlardan istifadə edib. Satanist olduğunu bildirən Ramirez törətdiyi cinayətlərdən peşman olmayıb.Ramirezin on doqquz ölüm hökmünü təsdiq edən hakim bildirib ki, onun hərəkətləri qəddarlıq, iyrənclik və pozğunluq rəmzidir. Ramirez Kaliforniyada edam cəzasını gözləyərkən B - hüceyrəli lenfomanın ağırlaşmasından ölüb.

Al Kapon

Al
Çikaqoda fəaliyyət göstərmiş ABŞ-li məşhur qanqster. İçki qadağası dövründə spirtli içkilərin qanunsuz satışını təşkil edib və genişmiqyaslı zorakılıq və korrupsiya törədib.

İşlədiyi digər cinayətlərə görə yaxalanması mümkün olmayan Al Kapon vergidən yayınma ittihamı ilə 22 oktyabr 1931-ci ildə 11 il həbs cəzası alıb və Alkatraz həbsxanasına göndərilib. Həbsə düşdükdən sonra Çikaqo Outfit klanına rəhbərliyi Frenk Nittiyə təhvil verib. 1947-ci il yanvarın 25-də siflisdən vəfat edib.

IV İvan Qroznı
undefined

Moskva və 1533-cü ildən bütöv Rusiyanın böyük knyazı, Rusiyanın ilk çarı.

İvan 3 yaşından hökmdar olub. 1547-ci ildəki Moskva üsyanından sonra "İzbrannaya rada" ("Seçilmiş rada") yaradaraq yaxın hesab etdiyi şəxslərin iştirakı ilə hökümdarlıq eləməyə başlayıb

1560-cı ildə "Seçilmiş rada" ləğv olunub, onun əsas xadimləri çarın etibarını itiriblər və İvan Qroznı Rusiyanı tam müstəqil idarə etməyə başlayıb. İvan Qroznının çarlığının ikinci dövrü Livoniya müharibəsində uğursuzluqla və həmçinin,köhnə aristokratiyanı zəiflədən opriçninanın yaranması ilə yadda qalıb. IV İvan Rusiyanı idarə edən ən uzunmüddətli hökümdardır- 50 il 105 gün.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
kulis.az

1Mənbələr