Azərbaycanın görkəmli sənətkarı Aybəniz Haşımovanın rəhbərlik etdiyi Sənət Akademiyasının tələbələri dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 139-cu ildönümü münasibətilə onun Bakıdakı ev muzeyində konsert proqrmaı ilə çıxış ediblər.
Kulis.azxəbər verir ki, gənc ifaçılar böyük bəstəkarın ölməz əsərlərini ifa edib, onun müəllifi olduğu dünyaca məşhur operalar və operettalarəsasında maraqlı kompozisiyalar təqdim ediblər.
Aybəniz Haşımovanın “Leyli və Məcnun” operasından Leylinin ölüm səhnəsini ifa etməsi xatirə proqramını xüsusilə yaddaqalan edib.
Konsert proqramını, Mədəniyyət Nazirliyinin təmsilçiləri,tanınmış mədəniyyət xadimləri, musiqişünaslar, ictimaiəyyət nümayəndələri və media mənsubları da izləyib.
Qonlaqlar arasında Türk Ağsaqqalları İctimai Birliyi- TAİB-nin İdarə Heyətinin üzvləri də olub. TAİB sədrinin müavini Eyvaz Hünbətov Aybəniz Haşımovaya İctimai Birliyin Fəxri diplomunu təqdim edib.
Konsert proqramından sonra Sənət akademiyasının tələbələri Fəxri xiyabanda Üzeyir bəyin məzarını ziyarət ediblər.
Xatırladaq ki, Aybəniz Haşımova Türk Ağsaqqalları İctimai Birliyinin Mədəniyyət Komitəsinin sədridir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta