19 yaşlı qapıçı son 3 mövsümdə ''Union''un U-17 və U-19 komandalarında 23 oyunda forma geymişdi. Ötən mövsüm o, Berlin klubunun UEFA Gənclər Liqasındakı iştirak ərizəsində də yer almışdı. Bir neçə ay öncə ona sümük xərçəngi diaqnozu qoyulmuşdu. Gənc əlcək sahibi güclü kimyaterapiya kurslarına başlamışdı. Amma onun müalicəsi istənilən effekti vermədiyindən Berkin bu günlərdə əməliyyat olunub və həkimlər onun ayağını kəsmək məcburiyyətində qalıb.
''Union''un rəsmi saytında bununla bağlı xəbər yerləşdirilib və fanatlardan Berkinə maddi dəstək göstərilməsi xaiş olunub. Klubun açıqlamasında bu ifadələrə yer verilib:
''Berkinin durumu üzündən artıq anası və atası işə gedə bilmir. Ailənin indi qaldığı ev fiziki qüsurlu şəxsin yaşaması üçün uyğun deyil. Yeni bir həyat və yeni bir başlanğıc üçün onların təcili olaraq yeni evə ehtiyacı var. Bu isə ciddi bir maddi dəstək tələb edir. Berkinin və ailəsinin hazırda ''Union'' ailəsinin ciddi yardımına ehtiyacı var. Onların yükünü bir qədər azaltmaq və parlaq gələcəyə ümid vermək üçün yardım kampaniyasına start veririk. Edə biləcəyiniz hər dəstək çox önəmlidi''.
ƏLİ