AZ

Berlində əyləncə gəmisində baş verən insident nəticəsində 30 nəfər yaralanıb

Berlində əyləncə gəmisində baş verən insident nəticəsində 30 nəfər yaralanıb

Berlində Şpre çayında əyləncə gəmisinin üst göyərtəsinin bir hissəsinin çökməsi nəticəsində 30 nəfər xəsarət alıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə “Bild” qəzeti yanğınsöndürmə xidmətinə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, gəmidə 100-ə yaxın insan olub. Hadisə nəticəsində 3 nəfər ağır, 27 nəfər isə yüngül xəsarət alıb. Yaralılar xəstəxanalara çatdırılıb.

Hadisənin səbəbi ilə bağlı hələlik məlumat verilməyib.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
2
ilk.az

4Mənbələr