AZ

Daha bir futbolçumuz Albaniyada oynayacaq

Millimizin sabiq futbolçusu Amil Yunanov Albaniya təmsilçisi “Bülis”lə transfer olunub.

Prosport.Az xəbər verir ki, 31 yaşlı hücumçu 2024/2025 mövsümündə Superliqa komandasının şərəfini qoruyacaq.

"Bülis" Albaniya çempionatının arxada qalan 5 turunda 5 xal toplayaraq 10 komanda arasında 8-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, Amil Yunanov son olaraq Azərbaycanda "Kəpəz"in formasını geyinib.

Ondan əvvəl Rauf Əliyev "Kukesi"də, Vüsal İsgəndərli "Eqnatiya"da qısa müddət də olsa, çıxış edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
prosport.az

1Mənbələr