AZ

İsveç müdafiə üçün əlavə 1,3 milyard dollar ayıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

İsveç 2025-ci ildə hərbi xərclərini 1,3 milyard dollar artıraraq 13,5 milyard dollara çatdırmaq niyyətindədir.

Banco.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Pol Conson bildirib.

Onun sözlərinə görə, müdafiə xərcləri bu il ölkənin ümumi daxili məhsulunun (ÜDM) 2,2%-dən 2025-ci ildə ÜDM-in 2,4%-nə yüksələcək. Eyni zamanda, İsveçin müdafiə xərclərinin 2028-ci ildə ÜDM-in 2,6%-nə çatacağı gözlənilir.

İsveç hökuməti sentyabrın 19-da 2025-ci maliyyə ili üçün büdcə qanun layihəsini parlamentə təqdim etməyi planlaşdırır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
1
banco.az

3Mənbələr