Göygöl rayonunda toyda döyülərək ağır xəsarət alan şəxs xəstəxanada ölüb.
seher.media xəbər verir ki, bir neçə gün öncə Göygöl rayonunda keçirilən toy mərasimində döyülərək ağır xəsarətlər alan 1987-ci il təvəllüdlü Elbəyi Nəbiyev xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, Göygöl rayon ərazisindəki şadlıq saraylarının birində Ağstafa rayon sakini 1987-ci il təvəllüdlü E.Nəbiyev xuliqanlıq zəminində döyülərək xəstəxanaya yerləşdirilmişdi.
Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, rayon sakini R.Cəlilov saxlanılaraq istintaqa təhvil verilib.
Hadisənin musiqi sifarişi üstündə baş verməsi məlum olub.
Faktla bağlı araşdırma aparılır.