AZ

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb

Bakının Xətai rayonunda kütləvi dava düşüb, ağır xəsarət alan var.APA xəbər verir ki, hadisə Məhsəti küçəsi 5 a ünvanında qeydə alınıb.Belə ki, 5 nömrəli Peşə Liseyinin 4-cü kurs tələbəsi 2005-ci il təvəllüdlü Nəsirov Elmir Ramil oğlu sözügedən təhsil ocağının tələbəsi ilə mübahisə edib.Mübahisə zamanı tələbə E.Nəsirova xəncər vasitəsilə 5 dəfə zərbə endirib.Yaralı ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.Hazırda Xətai Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışına başlayıblar.
 

Facebook-da paylaş

Seçilən
12
36
dunyapress.info

10Mənbələr