AZ

Arzu Nağıyev:”Azərbaycan bütün təhdidlərin qarşısını almağa qadirdir”

Regionda vəziyyəti nəzarətə almaq üçün Ermənistan silahlandırılır

“Qərb Ermənistandan alət kimi istifadə etməyə çalışır. Məqsəd də odur ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etsin, sonra isə hansısa NATO blokuna qoşulsun və ya NATO dövlətləri ilə silah alqı-satqısı barədə əməkdaşlıq etsin”.

Bu fikirləri  Arzu Nağıyev deyib.  O qeyd edib ki, Qərbin bugünkü davranışları Rusiyaya qarşı yönəlmiş addımlardır. Qərb Cənubi Qafqazda mövqeyini möhkəmləndirməyə çalışır və bu istiqamətdə “səy”lərini davam etdirir. “Təbii ki, bütün bu addımlara Rusiya adekvat cavab verməlidir, çünki bu gün regionda silahların artması təhlükəli vəziyyət yaradır. Qərb bir sıra ərazilərdə məkrli niyyətlərini həyata keçirməyə çalışıb. Son olaraq Ukrayna nümunəsində bunu görə bilərik. İndi isə Cənubi Qafqazı öz nəzarətlərində saxlamağa, ümumilikdə isə bütün proseslərə nəzarət etməyə çalışırlar. Bunun üçün isə Ermənistandan istifadə edilir. Çünki Azərbaycan və Gürcüstan onların diktəsini qəbul etmir.  Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasında, sülh müqaviləsinin imzalanmasında da hansısa vasitəçiyə ehtiyac duymur. Bir müddət öncə bunun delimitasiya və demarkasiya məsələlərində də şahidi olduq”, – deyə o əlavə edib.

A.Nağıyev bildirib ki, ən mühüm məsələlərdən biri də İranın buna reaksiya verməməsidir. Bu qədər NATO silahları regiona gətirildiyi halda İran hələ də susur. Azərbaycan bütün gedişatları izləyir. BMT, digər təşkilatlar başa düşməlidirlər ki, müstəqil daxili və xarici siyasət yürüdən Azərbaycan ona qarşı atılan addımlara adekvat cavab vermək imkanına malikdir. Regionda yaşanan hazırkı problemlər gələcəkdə alovlanacaq münaqişə ocaqlarını söndürməyə imkan verməyəcək. Rusiyaya qarşı Cənubi Qafqazda ikinci cəbhə açmaq niyyəti, Azərbaycanın müstəqil siyasətini qəbul etməmək regionda vəziyyəti gərginləşdirə bilər.

Ekspert vurğulayıb ki, Ermənistan öz gücünə nə Yaponiyadan, nə də Koreyadan bu qədər silah almaq iqtidarındadır: “Bunun üçün mütləq şəkildə ciddi maliyyə dəstəyi lazımdır. Rəsmi İrəvanın tənəzzülə uğramış iqtisadiyyatını bərpa etməkdənsə, silah almasında məqsədi nədir? Bütün bunlar Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə heç vaxt təsir edə bilməz. Ölkəmiz bütün təhdidlərin qarşısını almağa qadirdir, bu potensiala malikdir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
xalq.az

1Mənbələr