Oktyabrda keçiriləcək rəsmi oyunlar üçün Azərbaycan millisinə çağırılan ilk futbolçu artıq məlumdu. Matc.az xəbər verir ki, bu, hücumçu Renat Dadaşovdu. Türkiyənin “Hatayspor” klubunun formasını geyinən 25 yaşlı forvard Millətlər Liqasında Estoniya və Slovakiya ilə görüşlərə dəvət edilib. Bu barədə I Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Renatdan başqa Visar Bekaj Kosovo, Riqoberto Rivas Honduras, Dele Başiru Nigeriya yığmasına, Ömər Faruk Beyaz isə Türkiyənin U-21 millisinə çağırılıb. Qeyd edək ki, millimiz oktyabrın 11-də Estoniya ilə Tallində, 14-də isə Slovakiya ilə Bakıda qarşılaşacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta