AZ

"Instagram"dan "Gənc hesab" tətbiqi: Yetkinlik yaşına çatmayan istifadəçilər üçün yeni məhdudiyyətlər

"Instagram"dan "Gənc hesab" tətbiqi: Yetkinlik yaşına çatmayan istifadəçilər üçün yeni məhdudiyyətlər

"Instagram" 18 yaşdan kiçik istifadəçilər üçün yeni məhdudiyyətlər tətbiq etdiyini açıqlayıb. “Gənc hesab" adlanan tətbiq çərçivəsində azyaşlı istifadəçilərin məzmuna girişi və digər istifadəçilərlə qarşılıqlı əlaqəsi məhdudlaşdırılacaq.Yeni hesablar ABŞ, Kanada, Böyük Britaniya və Avstraliyada sentyabrın 17-dən qüvvəyə minib.İnstaqramın sahibi "Meta"nın internet saytından verilən açıqlamaya görə, yeni hesablar 2024-cü ilin sonuna doğru Avropa Birliyində də qüvvəyə minəcək.Hansı tədbirlər tətbiq edilib?Yeni tədbirlər çərçivəsində “gənc hesab” istifadəçilərinin hesabları avtomatik olaraq gizli olacaq. Beləliklə, yalnız istifadəçilər tərəfindən qəbul edilən izləyicilər paylaşdıqları məzmunu görə və onlarla əlaqə saxlaya biləcəklər.Eyni şəkildə, 18 yaşından kiçik istifadəçilər yalnız izlədikləri insanlara mesaj göndərə biləcəklər.Bu proqramla "Instagram" yeniyetmələrin kəşfet və reels sahələrində qarşılaşa biləcəkləri məzmunu da süzgəcdən keçirəcək. Beləliklə, zorakı məzmun və ya kosmetik məhsul reklamları kimi həssas məzmun bu yaş qrupu üçün daha az görünəcək.“Gənc hesab"ları 18 yaşdan kiçik istifadəçilərə vaxt xəbərdarlığı da verəcək. Bu çərçivədə gündə 60 dəqiqəni keçən istifadəçilərə tətbiqdən çıxmalarını bildirən bildirişlər göndəriləcək.18 yaşdan kiçik istifadəçi hesabları 22:00-7:00 arasında yuxu rejiminə keçəcək. Bu müddət ərzində daxil olan bildirişlər susdurulacaq və mesajlara avtomatik cavab veriləcək.Valideynlər hesablara nəzarət edə biləcəklərYetkinlik yaşına çatmayan istifadəçilərin valideynləri hesablara nəzarət edə, uşaqlarının parametrlərini idarə edə və ya onları özləri idarə etməyə icazə verə biləcəklər. Onlar övladlarının hansı məzmun başlıqlarını da seçdiyini görə biləcəklər.Valideynlər həmçinin övladlarının son bir həftə ərzində hansı istifadəçilərlə mesajlaşdığını görə biləcəklər. Lakin onlar mesajların məzmununa daxil ola bilməyəcək.“Instagram”ın yeni qaydaları çərçivəsində valideynlər övladlarının tətbiqdən istifadə müddətini müəyyən edə və müəyyən zaman intervalları ilə onların “Instagram”a daxil olmasının qarşısını ala biləcəklər.Bildirilib ki, bu texnologiyalar sayəsində yetkinlik yaşına çatmış doğum tarixləri ilə platformaya qeydiyyatdan keçən yeniyetmələr müəyyən ediləcək və onların hesabları məhdud hesablara çevriləcək.Mənbə: BBC

Seçilən
21
27
afn.az

10Mənbələr