Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Rüstəm Gülabba oğlu Xəlilov bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
XALQ.AZ xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
Rüstəm Xəlilov ona göstərilən etimada görə minnətdarlıq edib.