Süni intellektin inkişafı üçün bir neçə nəhəng şirkət ortaqlığa başlayaraq böyük həcmdə investisiya qoymağa hazırlaşır.

İndex.az xəbər verir ki, “Microsoft”, “BlackRock”, “Qlobal İnfrastruktur Tərəfdaşları” və MGX məlumat mərkəzlərinə ilə enerji infrastrukturuna sərmayə qoymaq üçün yeni süni intellekt tərəfdaşlığına başlayıblar.

“Microsoft” tərəfindən edilən açıqlamada bildirilib ki, daha güclü süni intellekt imkanlarının inkişaf etdirilməsi üçün atılan bu addım əhəmiyyətli infrastruktur sərmayələri tələb edəcək.

Açıqlamada qeyd olunub ki, “BlackRock”, “Qlobal İnfrastruktur Tərəfdaşları”, “Microsoft” və MGX yeni və genişləndirilmiş məlumat mərkəzlərinə sərmayə qoymaq və hesablama gücünə artan tələbatı ödəmək üçün yeni enerji mənbələri yaratmaq məqsədilə “Qlobal Süni İntellekt İnfrastruktur İnvestisiya Tərəfdaşlığı”na başlayıblar.

Açıqlamada, sözügedən ortaqlığın ilkin olaraq 30 milyard dollarlıq özəl sərmayə cəlb etməyi hədəflədiyi və bunun 100 milyard dollara qədər artırılmasının əsas məqsəd olduğu ifadə edilib.