“Apple” “iPhone 16” ailəsini keçən həftə təqdim edildi. İlk cihazlar sentyabrın 20-də əvvəlcədən sifariş verən istifadəçilərə çatdırılacaq.

İndex.az xəbər verir ki, “Twitter” istifadəçisi Majin bir şəkildə “iPhone 16 Pro”nu  əldə edib və bununla da dünyanın ilk “iPhone 16 Pro”nun qutudan çıxarılması videosunu yayımladı.

“iPhone 16 Pro” qutusu əvvəlki modellərlə oxşar quruluşa malik olduğundan qutunun açılış hissəsində təəccüblü bir detal yoxdur. Ola bilsin ki, bir çox insanın fərq etməyəcəyi bir çatışmazlıq var: Təəssüf ki, “Apple” stikerləri yeni iPhone-ların qutusuna daxil edilməyib.

Qutunu açmaqla kifayətlənməyən istifadəçi “iPhone 16” ilə həyatımıza daxil olan kamera idarəetmə düyməsinin necə işlədiyini də açıqlayıb. Düşünürük ki, bu düyməni öz başına “düymə” adlandırmaq ədalətsizlik olardı, çünki o, çox həssas işləyir.

“iPhone 16 Pro”, daha doğrusu bütün “iPhone 16” seriyası iOS 18 ilə qutudan çıxır. “Apple Intelligence”, oktyabr ayında çıxacaq iOS 18.1 yeniləməsi ilə əlçatan olacaq. Təbii ki, iOS 18-in təqdim olunduğu tədbirdə açıqlanan bütün funksiyalar 2025-ci ilin ortalarına qədər istifadəçilərə təqdim olunacaq.
http://