AZ

"Qarabağ"ın rəqibi keçmiş futbolçusunu qaytardı

UEFA Avropa Liqasının əsas mərhələsində "Qarabağ"ın rəqibi olan "Ayaks" heyətini gücləndirib.

Sportnet.az xəbər verir ki, Niderland klubu "İnter"dən ayrılan Devi Klassenlə anlaşıb. 31 yaşlı yarımmüdafiəçi "Ayaks"la birillik müqaviləyə qol çəkib. O, bu klubla azad agent kimi keçib.

Klassen 2011-2017-ci və 2020-2023-cü illərdə də “Ayaks”da oynayıb. O, müxtəlif vaxtlarda "Everton" və "Verder"in də formasını geyinib.

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də Bakıda baş tutacaq.


Seçilən
25
3
sportnet.az

4Mənbələr