Müğənni, Vətən müharibəsi qazisi Taleh Məmmədov ağır qəzaya düşüb.
Avtosfer.az olay.az-a istinadən xəbər verir ki, hadisə "Sədərək" Ticarət Mərkəzinin yaxınlığında baş verib.
İfaçı dostunun idarə etdiyi avtomobildə olub. Maşın sağ tərəfdən TIR-la toqquşub. T.Məmmədov dərhal xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin ağır olduğu bildirilib.
FOTO QALEREYA