Tayvanda yerləşən “Gold Apollo” şirkəti Livanda bir çox Hizbullah üzvlərinin üzərində partladılmış peycerləri istehsal etmədiyini açıqlayıb və marka lisenziyası verdiyi "BAC" adlı şirkətə işarə edib.“Gold Apollo” firmasından verilən açıqlamada “AR924” model peycerlərin istehsalında heç bir səlahiyyətlərinin olmadığı bildirilib: "Biz sadəcə ticarət nişanına icazə veririk və bu məhsulun dizaynında və ya istehsalında heç bir iştirakımız yoxdur". Açıqlamada bu cihazların istehsalının yalnız marka lisenziyasından istifadə etməyə icazə verdikləri "BAC" adlı şirkətə aid olduğu bildirilib.Tayvan mətbuatında yer alan xəbərlərə görə “Gold Apollo” meneceri Hsu Çinq Kuanq mətbuat konfransında bu cihazların Tayvanda deyil, xaricdə istehsal edildiyini bildirib.İclasda Hsu "BAC" şirkəti və ya mərkəzi qərargahı haqqında ətraflı məlumat verməkdən yayınıb.Partlayışlardan sonra livanlı sosial media istifadəçiləri tərəfindən yayılan görüntülərdə zədələnmiş peycerlərin marka və modelinin "Gold Apollo Rugged Pager AR924" olduğu görülüb.Mənbə: AA
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta