AZ

Azərbaycan elektromobil idxalını artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-avqust aylarında elektromobil idxalı artıb. Bu dövrdə ölkəyə 1 971 ədəd yalnız elektriklə işləyən (elektromobil) avtomobil idxal edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, bu ilin 8 ayında ölkənin elektromobil idxalının dəyəri 78 milyon 483 min dollar olub. Ötən aylarda elektromobil idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 168 ədəd, dəyər ifadəsində isə 4 milyon 347 min dollar və ya 5,9% artıb.

Xatırladaq ki, 2023-cü ilin eyni dövründə idxal edilən elektromobillərin sayı 1 803 ədəd, dəyəri isə 74,1 milyon dollar təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
1
banco.az

2Mənbələr