AZ

İbrahim Tatlısəsin qızı təyyarədə dava saldı - VİDEO

İbrahim Tatlısəsin qızı təyyarədə dava saldı - VİDEOTürk Hava Yollarına məxsus Bodrum-İstanbul təyyarəsində İbrahim Tatlısəsin qızı ilə stüardessa pişik üstündə dava edib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, İbrahim Tatlısəsin qızı müğənni Dilan Çıtak Dörterə ötən gecə Bodrum-İstanbul arasında uçan THY təyyarəsində kabin heyəti tərəfindən qaydaya uyğun olaraq ev heyvanını arabasından çıxarmaması barədə xəbərdarlıq edilib.

Pişiyini arabasına mindirmək istəməyən Dörterin mübahisə etdiyi stüardessaya fiziki zorakılıq tətbiq etdiyi bildirilib. Təyyarə İstanbul hava limanına endikdən sonra Dörter polisin müşayiəti ilə təyyarədən endirilib. Hava limanı polis bölməsinə aparılan Dörter haqqında THY kabin heyəti şikayət edib. Dilan Çıtak Dörter burada verdiyi ifadədən sonra hava limanını tərk edib. THY-nin başladılan hüquqi prosesi izləyəcəyi bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
sonxeber.az

1Mənbələr