AZ

Mərkəzi Bank: İnflyasiya 2024-2025-ci illərdə hədəf diapozonunda qalacaq

Mərkəzi Bank Azərbaycanda inflyasiyanın 2024-2025-ci illərdə hədəf diapozonunda qalacağını açıqlayıb.

Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, uçot dərəcəsi ilə bağlı əvvəlki iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməyib.

"Tərəfdaş ölkələrdə inflyasiyanın və dünya bazarında əmtəə qiymətlərinin dəyişkənliyi başlıca xarici inflyasiya riski hesab olunmaqdadır. Aparıcı iqtisadiyyatlarda monetar şərait sərt olaraq qalır. Lakin dünyada inflyasiya təzyiqlərinin azalması şəraitində aparıcı ölkələrdə mərkəzi bankların faizləri tədricən azaldacağı ehtimalı yüksəlir. İnflyasiyanı artıra biləcək daxili risk faktorlarına isə xərc amillərinin aktivləşməsi, habelə büdcə xərclərinin artımı (cari ilin 8 ayında ö.i.m.d.n. 8.3%) və kredit qoyuluşlarının genişlənməsi vasitəsilə məcmu tələbin izafi artımı aiddir. Qeyd edək ki, son 1 il ərzində bank sisteminin kredit portfeli 19.5%, o cümlədən biznes kredit portfeli isə 18.4% artıb" - Mərkəzi Bankın açıqlamasında qeyd edilib.

Ümumilikdə, mövcud monetar şərtlər inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəlib. Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü ilin sonuna və 2025-ci ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozu sabit qalır.

Seçilən
10
12
marja.az

10Mənbələr