AZ

İsrail, Hizbullaha aid minlərlə elektron cihazı uzaqdan sındıraraq partladıb! (VİDEO)

     Son alınan məlumatlara görə, Livanın bir çox bölgəsində peycer cihazları bomba kimi partlayıb. Bir çox təhlükəsizlik kamerası qeydlərindən məlum olub ki, Hizbullah yaraqlılarına aid olduğu bildirilən peycer cihazları kiberhücum nəticəsində istifadəçilərin əlində və ya cibində partlayıb.     Ardıcıl partlayışlar nəticəsində 2500-dən çox insanın yaralandığı, 8 nəfərin isə öldüyü bildirilir. Səlahiyyətlilər ölkə daxilində Motorola markalı peycer cihazlarından qaçınmaq lazım olduğunu elan edirlər.     İddialara görə, İsrail bu peycerlərə sızmış, kütləvi zənglər göndərmiş, onların həddindən artıq istiləşməsinə və partlamasına səbəb olmuşdur. Əsl sual isə İsrailin Hizbullah yaraqlılarının nömrəsini necə əldə etməsidir. Əgər iddialar doğrudursa, əlaqəli cihazlarımızın hər an partlamayacağına dair bir zəmanət yoxdur.

Seçilən
19
technote.az

1Mənbələr