Hacıqabul Rayon İcra Hakimiyyətinin yeni başçısı Sevindik Hətəmov bu gün rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
XALQ.AZ xəbər verir ki, yeni icra başçısını kollektivə Prezidentin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev təqdim edib.
Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
S.Hətəmov ona göstərilən etimada görə minnətdarlıq edib.