Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Gürcüstan parlamentini “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” haqqında qanunu ləğv etməyə çağırıb.

Leqal.info xəbər verir ki, bu barədə o, "X" səhifəsində yazıb.

“Gürcüstan parlamenti “ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” haqqında qanunlar qəbul edib ki, bu da insanların fundamental hüquqlarını pozacaq, ayrı-seçkiliyi artıracaq. Mən Gürcüstanı bu qanunu geri götürməyə çağırıram. Bu, ölkənin Aİ yolundan daha da uzaqlaşmasına səbəb olur” - deyə Borell bildirib.

Qeyd edək ki, Gürcüstan parlamenti LGBT təbliğatına qarşı olan "Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında" qanun qəbul etmişdi.

Leyla Kamil
Leqal.info