“Ermənistan Türkiyə ilə diplomatik münasibətlər qurmalı, quru sərhədləri açılmalıdır”.
Leqal.info “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ümumdünya Erməni Sammitində deyib.
O bildirib ki, hər iki ölkənin xüsusi nümayəndələri arasındakı danışıqlar Türkiyənin Ermənistanla bağlı yanaşmasındakı dəyişiklikdə rol oynayıb.
N. Paşinyan İran və Gürcüstanla əlaqələri də şərh edib. Ermənistanın baş naziri vurğulayıb ki, bu dövlətlərlə uzunmüddətli perspektivdə hər hansı münaqişənin yaranacağı gözlənilmir.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta