''Bavariya''nın ötən mövsümün qış transfer dönəmində bonuslarla birlikdə 35 milyon avroya ''Qalatasaray''dan transfer etdiyi Saşa Boenin Almaniya karyerası hələ ki, çox uğursuz keçir.
Zədələr ona oynamağa imkan vermir. Münhen nəhənginə gəldikdən sonra 2-ci oyundaca zədələnərək sıradan çıxan fransalı cinah müdafiəçisi ötən mövsüm demək olar, komandasına fayda verə bilməmişdi. Bu mövsüm Vensan Kompaninin gəlişindən sonra Boe daha çox oynamağa başlamışdı. O hətta ilk turda ''Volfsburq''la oyunda məhsuldar ötürmə də vermişdi.
Amma 24 yaşlı futbolçudan yenə bəd xəbər gəlib. O, bazar günkü məşqdə zədələnib. Sol dizin meniskindən zədələnən Boe artıq əməliyyat olunub. Tanınmış insayder Fabritsio Romano Boenin bir neçə həftəliyə sıradan çıxdığını iddia etsə də, bəzi mənbələr, xüsusilə ''Bild'' nəşri zədənin daha ciddi olduğunu və bu futbolçunun ən azı 3 ay topa toxuna bilməyəcəyini iddia edir.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta