Vətəninfo.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən “Dünya Erməni Forumundakı” çıxışında bir sıra ziddiyətli bəyanatlar verib.
– “Ermənistan Aİ və ABŞ ilə əməkdaşlığı inkişaf etdirməklə iqtisadi əlaqələrini şaxələndirməyə çalışır, lakin bu, (tərəfdaşları) əvəz etmək deyil, tamamlamaqdan gedir. Diversifikasiya mərhələli prosesdir və vaxt tələb edir. Ermənistan Aİ-yə daxil olmaq üçün ən kiçik fürsəti görsə və bununla bağlı potensial riskləri idarə edə biləcəyini başa düşsə, şübhəsiz ki, bu şansdan istifadə edəcək”.
– “KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna və suverenliyinə təhdidlər yaradır. Ermənistan KTMT-də iştirakını dondurdu, çünki bu struktur respublikanın suverenliyinə təhdidlər yaradırdı”, – Paşinyan bildirib. Ermənistan KTMT ilə münasibətlərdə “dönüş olmayan nöqtəyə” yaxındır, Ermənistanın baş naziri vurğulayıb ki, Yerevan nə Rusiya, nə də Aİİ ilə iqtisadi əlaqələri kəsmək niyyətində deyil.”
– Ermənistanın Bakıda keçiriləcək COP-29 iqlim sammitində iştirakı ilə bağlı hələlik qərar yoxdur.
– Ermənistan ABŞ, Rusiya və Cənubi Koreyanın texnologiyaları ilə modul tipli atom elektrik stansiyası tikmək üçün strateji qərar qəbul edib.
– Mənim vətənpərvər olmamağım Ermənistan Respublikasının maraqlarına uyğun olardı. Qarşılaşdığımız ən böyük problem vətənpərvərliyimizdir: bu vətənpərvərlik modelinin Vətənimizlə heç bir əlaqəsi yoxdur.