AZ

Paşinyan Azərbaycanı ittiham edir: “İşğal olunmuş ərazilərimiz var”

“Bəli, Ermənistan ordu və silahlı qüvvələrdə islahatlar aparmağa başlayıb, bu, Azərbaycanda da müzakirə olunur - guya bu, Ermənistanın sülh istəmədiyini göstərir”.

Herbiand.az erməni mətbuatına istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirilən Dünya Erməni Sammitində deyib.

O bildirib ki, ölkələr BMT Nizamnaməsinə uyğun olaraq öz təhlükəsizliklərini qorumaq üçün silah əldə edə bilərlər: “Ermənistan regiondakı bütün ölkələrin ərazi bütövlüyünü tanıyır, bizim heç bir ölkəyə ərazi iddiamız yoxdur. Bəli, bizim 200 kvadrat kilometrdən çox işğal olunmuş ərazilərimiz var. Lakin Ermənistan hökuməti bu əraziləri hərbi yolla geri qaytarmaq vəzifəsini qarşısına qoymur. Çünki hesab edirik ki, Azərbaycanla imzalanmış demarkasiya işləri ilə bağlı əsasnamə belə bir imkanı təmin edir və çox güman ki, biz bu problemi danışıqlar yolu ilə həll edə biləcəyik”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
25
herbiand.az

1Mənbələr