Livanın təhlükəsizlik xidmətinə yaxın mənbələr bildirirlər ki, sözügedən peycerlərin istehsalçısı Tayvanda yerləşən "Gold Apollo" şirkətidir. Hərçənd şirkət hadisənin ardınca bəyanat yayaraq vurğulayıb ki, terrorçuların əllərindəki peycerlər onların birbaşa məhsulu deyil. Şirkətin iddiasına əsasən, rabitə cihazları bu brendin adından istifadə lisenziyasına malik "BAC" adlı başqa bir şirkətə məxsusdur. Bir sıra məlumatlı mənbənin "Reuters"ə verdiyi açıqlamaya görə, partlayıcılar peycerlərə bir neçə ay əvvəldən quraşdırılıb.
İsrail tərəfi partlayışlarla bağlı hələlik şərh verməyib. "Hizbullah" terrorçuları isə "qisas alacaqlarını" bildiriblər. Eləcə də qruplaşmanın rəhbəri Həsən Nəsrullahın sabah televiziyada çıxışı gözlənilir.
Firudin Həmidli
AzVision.az