AZ

Qərb it kimi Azərbaycana dartınır - Markov

İrəvan təcili olaraq Bakı ilə bir neçə bənd olmadan sülh müqaviləsi imzalamaq istəyir. Ermənistanın bu istəyi onu göstərir ki, İrəvan hələ də Qarabağın Azərbaycan olduğunu rəsmən tanımaq istəmir.Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov “Moskva-Bakı”ya müsahibəsində deyib.“Paşinyanın dünyaya göstərmək istədiyi sxem belədir: Ermənistan hakimiyyəti çox mehriban, konstruktivdir və Azərbaycanla barışmağa hazırdır. Amma reallıqda belə bir şey yoxdur. İrəvan Azərbaycandan müəyyən təhlükə mövzusunda ticarəti davam etdirmək və mesajlar vermək istəyir: gəlin, bizə kömək edin. Həqiqətən də ona kömək edirlər. Fransa, AB və ABŞ qeyd-şərtsiz İrəvanın şərtləri əsasında sazişin tezliklə imzalanması zərurəti ilə Azərbaycana təzyiq göstərməyə çalışır. Qərb prinsipial olaraq İrəvanın tərəfində oynayır, o cümlədən qondarma Ermənistan-Azərbaycan nizamlanması məsələsində”, - o bildirib.Markov vurğulayıb ki, Qərb ssenarisi əsasında Bakı ilə İrəvan arasında qeyri-qənaətbəxş sazişin imzalanması gələcəkdə Azərbaycan və Ermənistan arasında yeni müharibənin başlamasına imkan verəcək:“Qərb silahlı münaqişələr vasitəsilə bütün dünyada hökmranlığa nail olub. Qərb Cənubi Qafqazı qarmaqda saxlamağı təmin etmək istəyir. Ortaya çıxan yeni münaqişənin köməyi ilə bölgəni idarə etməyə çalışır. Qərb Azərabycanda neft və qazda nəzarət payının ona məxsus olmasını arzulayır. Qərb itin çiy ətə dartındığı kimi, Cənubi Qafqaza dartınır. Aydındır ki, Azərbaycan heç bir qısaldılmış sülh müqaviləsi imzalamayacaq. O gözləyəcək”.

Seçilən
11
6
dia-az.info

7Mənbələr