AZ

“Qızlarımızın ailə qurması çətinləşir, cinsi azlıqların sayı durmadan artır...” - Tahir Kərimli

“Gürcüstanda LGBT-nin təbliğatının qadağan olunmasını alqışlayıram. Çünki Gürcüstanda bu, qırmızı xətti keçmiş, yayğın bir vəziyyətdə idi. Həm paytaxt Tiflisdə, həm Batumi bölgəsində və digər yerlərdə cinsi azlıqların sayı artmışdı, həddi aşmışdılar. Axı biz azərbaycanlılar qafqazlıyıq, eyni zamanda İslam, türk mədəniyyətinin daşıyıcılarıyıq. Necə ola bilər ki, bizdə cinsi azlıqların sayı bu qədər artır? Artıq bunların əlindən sosial şəbəkələrə də girmək, nəzarət etmək olmur. Hər valideyn narahatdır ki, uşaq ondan gizlin cinsi azlıqların paylaşımlarına baxa bilər. Qulağımız heç vaxt eşitmədiyi, gözümüz görmədiyi şeyləri bizə göstərirlər, eşitdirirlər. Balalarımızı pozurlar. Buna görə də dəfələrlə məsələni qaldırdım, aktuallaşdırdım. LGBT üzvlərinin, tərəfdarlarının çox böyük reaksiyası ilə həmişə rastlaşmışam. Hətta məni təhqir edib, karikaturamı çəkiblər, amma heç vaxt geri durmamışam. Azərbaycan parlamenti gec-tez bu haqda qərar verməli, qanun qəbul etməlidir”. Bu sözləri Pravda.az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. “LGBT-nin nəinki təbliğatı, özü də ləğv olunmalıdır. Bəziləri fikirləşə bilər ki, Tahir bunu spontan deyir. Xeyr, hətta biz vaxtilə Avropa Şurasına daxil olanda qarşımızda qoyulan tələblərdən biri məhz cinsi azlıqların azadlığı, Cinayət Məcəlləsində və digərlərində dəyişiklərin tələbi idi. O zaman yeganə adam oldum, rəsmi şəkildə dövlət rəhbərliyinə yazdım ki, buna yol vermək olmaz. Heç xalqın bundan xəbəri də olmadı. Cinayət Məcəlləsinin 113-cü maddəsi ləğv edildi, bu biabırçılıqlar həyatımıza daxil oldu. İndi isə LGBT-nin həyat tərzi bizə təlqin olunur, ailələrimiz dağılır. Qızlarımızın ailə qurması çətinləşir, cinsi azlıqların sayı durmadan artır. Rəsmi nikaha girmədən yaşayanların sayı çoxalır. Ölkə dağılır. Azərbaycanda heç bir mənəvi kriteriyaya aidiyyəti olmayan ağır vəziyyət yaranır. Dövlət buna ciddi şəkildə əl qoymalıdır. Heç olmasa xristian ölkəsi Gürcüstandan nümunə götürməlidir. Vallah, bu, azərbaycanlı adına yaramaz. Deputat səlahiyyətim bitsə də, yeni deputatlardan, parlament rəhbərliyindən, hökumətdən xahiş edirəm, LGBT-nin, bu biabırçılığın qarşısını ciddi şəkildə alsın. Bu nədir, kütləviləşib. Aparıcıların hamısı qız kimi əzilib-büzülür. Keçən gün bir videoya baxıram. Balaca oğlan uşağı qız rəqsi edir. Çünki kişi müəllimlər yoxdur, qadınlar təbliğ edirlər. Oğlanlarımız qadın xasiyyətində böyüdülür. Bu, gələcək üçün böyük təhlükədir. Azərbaycanda demoqrafik vəziyyət də gündən-günə pisləşir. Həyəcan təbili çalmaqla mediadan da xahiş edirəm ki, məsələni daha da aktuallaşdırsınlar", - T.Kərimli bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
3
dia-az.info

4Mənbələr