AZ

Dünyanın zənginləri necə qorunur: İlon Mask və Mukeş Ambani

İlon Maskın çox qatlı təhlükəsizlik sistemi “mini-məxfi xidmət” kimi fəaliyyət göstərir. Təhdidlərdən sonra Mask həm şəxsi, həm də xidməti təhlükəsizliyini artırıb.

Herbiand.az xarici mətbuata istinadən zənginlərin necə qorunmasını təqdim edir:

Maskı daimi olaraq 20 cangüdən mühafizəsini təmin edir, onlardan bəziləri hətta silah daşıyır. Mask hər dəfə səfərə çıxanda həkim-mütəxəssis onu müşayiət edir. Təhlükəsizlik qrupu həm ölkə daxilində, həm də xaricdə onun hər hərəkətini planlaşdırır.

Keçən il Ali Məhkəmənin həm Hindistan daxilində, həm də xaricdə tətbiq etdiyi qərardan sonra Mukeş Ambani və ailəsinin təhlükəsizlik səviyyəsi Z-dən Z+ səviyyəsinə yüksəldilib. Z+ mühafizəsinə 55 personal və 10 Milli Təhlükəsizlik Qvardiyasının komandosu daxildir. Ambani ailəsi evlərindən kənara çıxdıqda komandolar qorumanı təmin edir, digər personal isə hər zaman onlarla qalır.

İlon Maskın kod adı...

Mühafizə qrupu tərəfindən tez-tez “Voyager” olaraq adlandırılan İlon Mask etibarlı təhlükəsizlik olmadan heç yerə getmir. Bu cür yüksək təhlükəsizlik səviyyəsi mütləqdir. Çünki Maskın sərvəti 250 milyard dollardan çox qiymətləndirilir. Bu da onu dünyanın ən zəngin insanı və müxtəlif risklər üçün potensial hədəf halına gətirir.

Təhlükəsizliyin dəyəri

New York Times-ın hesabatına görə, İlon Maskın təhlükəsizlik xərcləri 2016-cı ilin tək yanvar ayında 163.000 dollar təşkil edib. Maskın sərvəti və ictimai avtoriteti artdıqca, təhlükəsizlik tədbirləri də artır. Tesla-dan bildirilib ki, Maskı mühafizə edən təhlükəsizlik şirkəti onlara 2023-cü ildə 2,4 milyon dollarlıq hesab göndərib. Həmçinin, 2024-cü ilin fevral ayına qədər daha 500.000 dollar ödəmənin olunması istənilib.

Bu arada Hindistanın ən varlı adamı olan Mukeş Ambani və ailəsi Hindistan Daxili İşlər Nazirliyi tərəfindən Z+ təhlükəsizliyi ilə təmin edilib. Hindistan hökuməti Ambani ailəsinin təhlükəsizliyini təmin edir, xərclərini isə ailə özü ödəyir. Dəqiq rəqəmlər açıqlanmasa da, ailənin təhlükəsizlik üçün ayda təxminən 20.000 dollar xərclədiyi təxmin edilir.

İlon Maskın gizli evi

Mask üzləşdiyi təhdidlər barədə açıq danışıb. İyun ayında Tesla-nın illik səhmdarlarının yığıncağı zamanı “iki manyakın” bu yaxınlarda onun həyatını təhdid etdiyini deyib. Həmçinin, şəxsi həyatını qorumaq üçün addımlar atıb, o cümlədən əvvəlki ev ünvanı 2022-ci ildə ictimaiyyətə açıqlandıqdan sonra gizli şəkildə yeni ev alıb. Yeni iqamətgahın 24 saat mühafizə olunduğu bildirilir.

Maskın təhlükəsizlik xərcləri artmaqda davam edir. Bu, onun ümumi təhlükəsizlik xərclərinin yalnız bir hissəsidir. Mühafizə qrupu onu hətta vanna otağına qədər müşayiət edir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
6
herbiand.az

1Mənbələr