AZ

Neuralink şirkəti Blindsight adlı təcrübi göz implantı hazırlayıb

     Elon Musk-ın vermiş olduğu məlumata əsasən onun Neuralink şirkəti Blindsight adlı təcrübi göz implantı hazırlayıb. Onun sözlərinə əsasən hazırlanmış göz implantı hətta doğuşdan görmə qabiliyyətinə sahib olmayan insanlarda bu qabiliyyətin bərpa olunmasına imkan verəcək. Bundan əlavə olaraq perspektivdə Blindsight adlı göz implantı insan gözləri üçün ənənəvi olmayan imkanları da əhatə edə bilər. Beləliklə çox iti görmə qabiliyyəti artıq fantastikadan reallığa çevrilə bilər.     “Blindsight iki gözünü və onların optik sinirlərini itimiş şəxslərə görmə qabiliyyətini geri qaytaracaq. Beynin görmə qabiliyyətindən cavabdeh olan sahəsinin zədələnməməsi halında bu implant hətta doğuşdan görmə qabiliyyətinə sahib olmayan insanların yenidən görə bilmələrini təmin edəcək” - deyə Musk qeyd edib.     Neuralink şirkəti öz növbəsində X-dəki (keçmiş Twitter) hesabında bildirib ki, Blindsight implantının ABŞ-ın müvafiq tənzimləyici orqanı tərəfindən ən innovasiyalı texnologiya olduğu təsdiqlənib. Bu isə öz növbəsində göz implantının insanlar üzərində testlərinə qapıları açır. Şirkət göz implantının testlərində iştirak etmək istəyən potensial pasientlərin qeydiyyatına artıq start verib. Musk-ın sözlərinə əsasən ilk mərhələlərdə implantın təqdim edəcəyi görüntü keyfiyyəti aşağı səviyyədə olacaq. Lakin gələcəkdə bu implant ultrabənövşəyi və infraqırmızı spektrlərdə görmə imkanını verəcək. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
technote.az

1Mənbələr