AZ

"Ukraynada müharibə başlayandan bəri Azərbaycanın marşrutu populyarlıq qazanır"

Azərbaycanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə bağlı böyük potensialı var.

Bunu açıqlamasında "MALBI-trans" beynəlxalq nəqliyyat və logistika şirkətinin baş icraçı direktoru Liliana Krutonoq bildirib.

Onun sözlərinə görə, təmsil etdiyi şirkət hazırda "Orta Dəhliz" kimi tanınan bu marşrutda fəaliyyət göstərir.

"Əvvəllər "MALBI-trans" Brest-Malaşeviç dəhlizində işləyirdi. Lakin indi daha çox TBNM-yə diqqət yetirir, çünki Ukraynada müharibə başlayandan bəri müştərilər bu ölkədən keçən marşrutlardan istifadə etmir, alternativ marşrutlar axtarır. TBNM Çin şirkətləri daxil olmaqla müxtəlif şirkətlər arasında populyarlıq qazanır. Bu marşrut üzrə yükdaşımaların həcmi artacaq və Azərbaycan bu potensialdan istifadə etməlidir. Bu istiqamətdə yeni investisiyalar, layihələr və multimodal terminallar tələb olunur" - deyə L.Krutonoq qeyd edib.

© "Report"

Seçilən
6
marja.az

1Mənbələr