KTMT-dən Ermənistan üçün heç bir təhlükə yoxdur.
Leqal.info xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Ermənistan Baş naziri Nikol Paşinyanın "KTMT Ermənistanın suverenliyi üçün təhlükədir" bəyanatına münasibət bildirərkən deyib.
O, Moskvanın Paşinyanla qəti şəkildə razılaşmadığını söyləyib. Qeyd edib ki, KTMT-dən Ermənistan üçün heç bir təhlükə yoxdur.
"Rusiya Ermənistanla təmasları davam etdirir və davam etdirəcək. Ermənistan yaxın tərəfdaşdır", - deyə Kremlin sözçüsü vurğulayıb.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta