AZ

Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır- ÖZƏL

"Azərbaycan Ordusu növbəti Zəfəri ilə bir daha sübut etdi ki, müstəqilliyimizə, suverenliyimizə qarşı törədilə biləcək hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov deyib: "Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır, bütün məsələlərin məhz bu prinsiplər əsasında nizamlanmasına səy göstərir. Lokal antiterror tədbirlərinin uğurlu nəticələri sülh müqaviləsinin imzalanması ilə bağlı bütün maneələrin aradan qaldırılmasına böyük əminlik yaradır. Azərbaycan regionda dayanıqlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında maraqlıdır və üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir.  
Əsas hədəflərdən biri işğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsidir, hazırda Böyük Qayıdış proqramı uğurla icra edilir. Qısa zamanda bu torpaqlarda genişmiqyaslı işlərin görülməsi, həmin  ərazilərimizin beynəlxalq tədbirlərin keçirilməsi üçün məkan seçilməsi hər birimiz üçün qürurvericidir".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
olaylar.az

1Mənbələr