AZ

TƏBİB və İcbari Tibbi Sığorta bir-birindən ayrılmalıdır – EKSPERT

Tibbi Sığorta ilə bağlı vətəndaşları narahat edən bir çox məqamlar var.

Qeyd edək ki, İcbari tibbi sığortanın “Xidmətlər Zərfi” çərçivəsində vətəndaşlara 2550 sayda tibbi xidmət təklif olunur. Məlumatlarda bildirilir ki, həmin tibbi xidmətlərdən vətəndaşlar TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində istifadə edə bilərlər. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə müqaviləli tibb müəssisəsinə göndəriş verilir.
TƏBİB özünü doğrulda bilibmi?
İcbari Tibbi Sığorta sistemi necə işləyir?

Bu məsələlərlə bağlı Tribunainfo.az-a açıqlama verən tibbi sığorta eksperti İlkin İbrahimov bildirib ki, ölkəmizdə icbari sığorta sisteminin işləməsi bölgələrimizdə olan səhiyyə sisteminin inkişafına çox böyük təkan verdi.

Onun sözlərinə görə, “hamımız bilirik ki, Bakı şəhərində tibb müəssisələri daha çoxdur. Burada inkişaf daha çoxdur. Ona görə də Bakı şəhəri üçün icbari tibbi sığorta sisteminin daha yaxşı işləyir sualına çox böyük ehtimalla, yəni burada məsələyə reallıqdan baxsaq biz deyəcəyik ki, yəni elə əvvəlki səviyyədədir.

Lakin biz bölgələrə gedəndə icbari tibbi sığorta sisteminin nə qədər əhəmiyyətli olmağını görürük. Düzdür, şikayətlər və bunun daha sürətli inkişafı vətəndaşlarımızdan asılıdır. Bölgələrdə də vətəndaşların şikayət səviyyəsi daha az olduğundan biz şikayətlərin az olduğunu görürük.

Lakin bütövlükdə icbari tibbi sığorta sisteminin bölgələr üçün inkişafını yəni səhiyyə sisteminin inkişafına çox böyük təkan verdiyini görürük. Vətəndaşlarımızın bu məsələ ilə bağlı növbəlilik sisteminin yaranması və daha çox monitorinq aparanda görürük ki, tibb müəssisələrində, polikilinkalarda daha çox vətəndaşın toplaşdığını görürük. Və orada xidmətdən istifadə etdiyini görürük. Yəni demək olar ki, icbari tibbi sığorta sistemi ölkəmizdə özünü doğruldub. Doğrultmaqla yanaşı eyni zamanda biz görürük ki, dövlət büdcəsindən ayırmalarda bu məsələlərdə ciddi fərq yoxdur. Yəni büdcədən azalma görülmür. Əksinə artıb. Amma ümumi vətəndaşların müraciət etməsi baxımından bu məsələ çox yaxşı haldır.

İcbari Tibbi Sığorta maliyyələşmə mənbəyidir. Digər tərəfdən TƏBİB-də Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi də İcbari Tibbi Sığortanın tərkibindədir. Əslində ayrılsa daha yaxşı olar. Çünki İcbari Tibbi Sığorta Agentliyi pul verən tərəfdir. Digər tərəf, TƏBİB hansı ki, bu da pul alan tərəfdir. Ayrılmaları daha məqsədə uyğun olardı. Lakin buna baxmayaraq yenə də TƏBİB-in xidmətini də görmək olur. Biz bölgələrimizdə daha yaxşı formada TƏBİB-in təşkil olunduğunu görürük. Düzdür, xidmət səviyyəsi ilə bağlı məsələ də sual işarəsi doğurur. Dünyanın hər yerində, məsələn Türkiyədə də tibbi sığortadan şikayətlər, bunların həlli ilə bağlı məsələlər yenə də problem olaraq qalır. Ümumilikdə İcbari Tibbi Sığortanın, TƏBİB-in ölkəmiz üçün əhəmiyyəti çox böyükdür. Xüsusilə də bölgələrimizdə əhalinin səhiyyəyə əlçatanlığının təmin olunması baxımından daha yaxşı formadadır”.

Seçilən
7
tribunainfo.az

1Mənbələr