AZ

ELMAR VƏLİYEVİN OĞLU QAZİNİN TORPAQ SAHƏSİNİ ZƏBT EDİB – “Mənə deyirlər ki, Elmir Vəliyev sifarişlə adam öldürəndir, ondan uzaq dur”

Gəncə şəhər sakini, II Qarabağ müharibəsi iştirakçısı, qazi İsmayılov Elşən Arzuman oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, ona sərancamla verilən torpaq sahəsini keçmiş icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev ələ keçirib. Qazi problemin həll olunması üçün saytımız vasitəsilə Azərbaycan Respublikası Baş prokurorunun müavini Xanlar Vəliyevə müraciət edir:

“Qeyd edim ki, sərəncamla əlimdə 116.0 kv metr torpaq sahəmiz var. Qanuni sənədim olsa da, keçmiş icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev həmin torpaq sahəsini əlimdən almaq istəyir.

Dəfələrlə müraciət etmişəm, bildirmişəm ki, bu yer mənimdir, imkan verin mən də bu yerdən faydalanım. Yarımcan adamam, ən azından sən evində rahat yatanda mən canımı qoymuşam, bir gözümdən olmuşam. Mən heç kəsin yerini, məkanını zəbt etmirəm. Mənim olana sənəd çıxarmaq istəyirəm, əlimdə sərəncamım var.

“Grand bazar”ın rəhbəri Mahmud bəy məni təhdid edir, görüşünə qəbul etmir. Mənə deyirlər ki, “Elmir Vəliyev sifarişlə adam öldürəndir, ondan uzaq dur”. Belə çıxır ki, mən haqqımı hanısa məmur balasına verməliyəm. Oddan, topdan, tüfəngdən qorxmayan oğlan heç harınlamış məmur balasının qarşısında acız qalarmı?!

Onu da deyim ki, Daşınmaz Əmlak Komitəsinin keçmiş müdiri Kərəm Həsənovla Elmar Vəliyev qudadır. Özləri verdiyi sərancamı bu gün “düzgün sənəd saymırlar”. Biz oranı pulsuz almamışıq, pulumuzu verib almışıq.

Hörmətli Xanlar Vəliyev!

Əminəm ki, sizin bu məsələdən heç xəbəriniz də yoxdur. Onu da bilirəm ki, Azərbaycanın bütövlüyü uğrunda canından, qanından keçmiş qazilərə və şəhidlərə necə hörmət edirsiniz. Mən müharibə iştirakşısı, 1 qrup əlil kimi, sizdən xahiş edirəm, sizin adınızla məni təhdid edənlərə qarşı bir tədbir görün.

Torpağa sənədi Elmar Vəliyevin müavini Məharət bəy verib. İndi Zaur adlı şəxs bizim qarşımızı kəsirərək, öz qanuni ərazimizə buraxılmırıq. Bizim çörək pulu qazanmağımıza mane olurlar.

Səlahiyyətli qurumlara müraciət edirik: biz sizin başınızı düşmən qarşısında uca etdik, siz də bizim haqqımızı tapdalamaq istəyənlərə mane olun”.

Yazıda adı keçən şəxslərlə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
1
hurriyyet.az

2Mənbələr