AZ

"4 aydır sosial yardım üçün müraciət etmişdik, hələ də cavab gəlməyib" - iddia edirdi, amma...

Füzuli rayon Alxanlı kənd sakini Səfərov Orxan Məzahir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, 4 aydır sosial yardım üçün müraciət etsə də, hələ cavab yoxdur:

“Mən, Səfərov Orxan Məzahir oğlu, yazaraq bildirirəm ki, hazırda qaçqınlara verilmiş 6 №-li Qayıdış qəsəbəsinə, ev 55-də yaşayıram. Heç yerdə işləmirəm. Yoldaşım uşaq bağçasında işləyir. 4 azyaşlı uşağım var.

4 aydır sosial yardım üçün müraciət etmişəm. Hələ də heç bir cavab yoxdur".

Məsələ ilə bağlı aidiyyəti qurumdan redaksiyamıza məlumat verildi ki, Füzuli rayon sakini Səfərov Orxan Məzahir oğlunun ailəsinə 01.03.2023-cü il tarixindən 1 il müddətinə 728,28 manat məbləğində ünvanlı sosial yardım təyin olunub və müddəti bitib. Bundan sonra sözügedən şəxsin ünvanlı sosial yardımla bağlı elektron sistemə müraciəti 2024-cü ilin 9 sentyabrında olub.

Qeyd edək ki, ünvanlı sosial yardımla bağlı daxil olan elektron müraciətlər 15 iş günü müddətində araşdırılır. Müvafiq qərar vətəndaşın ərizə-bəyannamədə qeyd etdiyi telefon nömrəsinə göndərilir. 4 aydan sohbet belə, gedə bilməz.

P.S. Hurriyyet.az saytının dəyərli oxucuları, sizdən xahiş edirik ki, bizə şikayətinizi bildirəndə düzgün bildirəsiniz. Siz bizlərə probleminizi düzgün qeyd etmədikdə öz işinizi çətinə salmış olursunuz.

Yuxarıda şikayətini qeyd etdiyimiz vətəndaş iddia edir ki, 4 aydır nazirlik onun sorğusuna cavab vermir. Halbuki yoldaşının adına olan ilk müraciəti tam yekunlaşmayıbmış. 4-5 gün içində isə öz adı-soyadı ilə müraciət daxil olduğu üçün şikayətçinin müraciəti qeydə alınmışdır. Şikayətçi isə bizə bildirir ki, 4 aydır mənə cavab verilmir.

Nazirliyin mətbuat xidmətindən isə aldığımız cavabı yuxarıda qeyd etmişik.

Sizlərin müraciəti bizim üçün önəmlidir, amma nə özünüzü, nə də bizi aldadın!

Aynurə İSMAYIL

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
hurriyyet.az

1Mənbələr