İtaliya təmsilçisi baş məşqçisini istefaya göndərib.
Offsideplus.az xəbər verir ki, "Roma" Daniele De Rossi ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, italyan mütəxəssis paytaxt klubunun ''sükanı arxasına" bu ilin yanvarında gətirilmişdi.