Diyarbəkirdə cansız cəsədi tapılan 8 yaşlı Narin Güranın boğularaq öldürüldüyü müəyyən edilib.Bolgə.TV xəbər verir ki, bu barədə Türkiyə mediası ötən gün məlumat yaymışdı.Başqa bir məlumat isə "Histopatologiya" hesabatında Narinin boyun nahiyəsində qanaxma olduğu qeyd edildiyidir.Bu o deməkdir ki, Narin boğularaq öldürülüb.Hesabatda Narinin bədəninin bir çox nahiyələrində parçalanma və mayeləşmənin baş verdiyi bildirilir. Ancaq Narinin boyun nahiyəsindən əldə edilən nəticə diqqəti cəlb edib. Hesabatda yazılır ki, Narinin tədqiq etdiyi ön boyun əzələ qruplarında: Ağır avtolitik əzələ seqmentləri arasında sitoplazmatik sərhədləri ayırd edilə bilməyən eritrositlərə bənzər yerlər (qanaxma) çoxluq təşkil edirdi.Nə və necə boğularaq öldürüldüyü ilə bağlı ətraflı məlumat yarılma hesabatında daha dəqiq verilə bilər. Ekspertlər, onun əli ilə boğulduğunu düşünürlər. Çünki bu cür uşaq ölümlərində qatil adətən əllərindən istifadə edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta