AZ

“Red Bull” mövsüm üçün hədəflərinə yenidən baxıb?

“Red Bull”un məsləhətçisi Helmut Marko İtaliya mərhələsinin ardından müsahibə verib.

- ORF kanalının efirində “Ferrari”ni uğurlu strategiya, “Maklaren”i isə pilotlara mübarizə aparmağa imkan verdiyinə görə təbrik etdiz. Rəqiblərə belə simpatiya hardandı?
- Bu komandalardan heç biri bizə mane olmadı. Uğursuz çıxış etməyimizə baxmayaraq, Maks Ferstappen hələ də 62 xal irəlidədi. Ancaq bu ruhda davam etsək, üstünlük tezliklə yoxa çıxacaq.

- “Red Bull”un möhtəşəm pilotu var. Maks Ferstappen qalan 8 mərhələ ərzində çətin ki, 62 xal üstünlüyünü əldən verə...
- Onun sərəncamına normal maşın verməsək və daha bir neçə mərhələni uğursuz keçirsək, hər şey mümkündü. Montsada Liam Lousonla təkərləri testdən keçiririk, paralel şəkildə adamlarımız nəyi dəyişməyin lazım olduğunu anlamağa çalışırlar. Səhv etdiyimiz nöqtəyə qayıtmaq lazımdı. Bəzi qənaətlərimiz artıq hazırdı, indi təcili şəkildə müvafiq texniki dəyişiklikləri gerçəkləşdirmək və maşına düzgün balansı qaytarmaq lazımdı. Bakıda və Sinqapurda keçiriləcək növbəti iki şəhər trassı o qədər də önəmli deyil. Vəziyyəti dəyişə bilib-bilmədiyimiz Ostində görünəcək.

- Serxio Peres bu səviyyədə çıxışını davam etdirsə, Mühəndislər kubku uğrunda mübarizə apara biləcəksiz?
- Serxio pis pilot deyil, sadəcə, ləngdi. İndi bizim üçün prioritet Maksın şəxsi yarışda titul qazanmasıdı.

- ORF-nin efirində dediz ki, mövsümün əvvəlində Kristian Hornerin adı ətrafında yaşanan qalmaqal indi komandanın çıxışına təsir göstərə bilər...
- Aydın məsələdi ki, bu söz-söhbət bizə yardım etmir. Bütün bunlar texniki problem yaratmır, adamlara təsir göstərir. Müəyyən əməkdaşlar dəyişiklik istəyirlərsə və yaxşı təklif alırlarsa, bu imkandan yararlanırlar.

- Siz artıq Maksın 2025 və 2026-cı illərdə hansı komandada çıxış edəcəyini bilirsiz?
- O, növbəti il “Red Bull”un şərəfini qoruyacaq.

- Bəs 2026-cı ildə?
- 2026 çox uzaqdı! İndi biz bütünlüklə 2024-cü ildə titul qazanmaq üçün səfərbər olmuşuq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
football-plus.az

1Mənbələr