AZ

Litvanın Buxarestdə sürprizə gücü çatmadı - İCMAL

Bu qrupda Rumıniya yoluna itkisiz davam edir.

Hərçənd Litva Buxarestdə meydan sahiblərinə layiqincə müqavimət göstərdi. Mirça Luçeskunun komandası aşkar favorit sayıldığı qarşılaşmada xal itirməyə çox yaxın idi. Tərəflər fasiləyə bərabərliklə yollandı. Litva hətta 2-ci hissədə hesabda önə də keçdi. Amma böyük təzyiq altında olan sloveniyalı hakim VAR-ın işə qarışmasından sonra qolu qeydə almadı. VAR oyunun son anlarında yenə rumınların xeyrinə işlədi və penalti təyin olundu. Razvan Marin Kosovo ilə görüşdə olduğu kimi, yenə zərbəni dəqiq yerinə yetirdi. Yekun nəticəni son anlarda Mitrita müəyyənləşdirdi.

Kosovo isə ilk görüşdə Rumıniyadan aldığı məğlubiyyətin acığını Cənubi Kiprdən çıxdı. “Malyorka”lı Muriqi ilk yarıda iki qol vurmaqla qələbədə mühüm rol oynadı və zədələnərək fasilədə əvəzləndi. İlk turda Litvanı minimal hesabla yenən Cənubi Kipr bu dəfə meydanda heç bir varlıq göstərə bilmədi. Kosovo fasilədən sonra daha iki top vuraraq rəqibini darmadağın etdi.

C liqası, 2-ci qrup
Rumıniya – Litva 3:1 (1:1)

Rumıniya: Tırnovanu, Ratsiu, Draquşin, Burka, Banku, M.Marin (Olaru, 56), Stançiu, Miheyla (Mitrita, 70), Man (Haci, 70), R.Marin, Draquş (Alibek, 88).
Litva: Gertmonas, Şirvis, Girdvaynis, Tutişkinas, Lekiatas, Lasiçkas, Slivka, Matuleviçyus (Verbiçkas, 65), Vorobyovas (Atanaviçyus, 75), Doljnikov (Kalinauskas, 75), Kuçis (G.Paulauskas, 65).
Qollar: Miheyla, 4 (1:0). Kuçis, 34 (1:1). R.Marin, 87-p. (2:1). Mitrita, 90+2 (3:1).
Vərəqələr: Matuleviçyus, 8. Lekiatas, 46. Slivka, 53. Miheyla, 65. Tırnovanu, 78. Haci, 90+8 – sarı.
Hakim: Rade Obrenoviç (Sloveniya).
9 sentyabr. Buxarest. 28168 tamaşaçı

Cənubi Kipr – Kosovo 0:4 (0:2)
Cənubi Kipr: Mall, Panayotu (Andreu, 46), Karo, Qoqiç, Kiprianu, (Layfis, 46), Yoannu (Spolyariç, 71), Artimatas, Kastanos, Malekkidis (Korreya, 58), Pittas, Tsionis (Loizu, 65).
Kosovo: Bekay, Hadercyonay, Amir Rrahmani, Aliti (Dellova, 46), Rrudhani, Berişa, Emerllahu (Buyupi, 87), Recbeçay (İ.Krasniqi, 70), Raşitsa (Sahiti, 70), E.Krasniqi, Muriqi (Albion Rrahmani, 46).
Qollar: Muriqi, 9-p. (0:1). Muriqi, 21 (0:2). Albion Rrahmani, 48 (0:3). Dellova, 55 (0:4).
Vərəqələr: Tsionis, 37. Aliti, 45+1. Pittas, 62 – sarı.
Hakim: Sebastyan Qishamer (Avstriya)
9 sentyabr. Larnaka. 2041 tamaşaçı

1. Rumıniya 2 2 0 0 6-1 6
2. Kosovo 2 1 0 1 4-3 3
3. Cənubi Kipr 2 1 0 1 1-4 3
4. Litva 2 0 0 2 1-4 0


12 oktyabr: Cənubi Kipr – Rumıniya, Litva – Kosovo.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
football-plus.az

1Mənbələr