Müğənni Vüqar Muradov qonaq olduğu “Günə bax” verilişində efiri tərk edib.
Buna səbəb onun qalmaqalları və iddialı açıqlamaları ilə bağlı hazırlanan süjet olub. Vüqarı isə atası ilə bağlı dediyi “Atam kimi ata olmaram” videoda yer alması əsəbiləşdirib. O, qeyd edib ki, atası rəhmətə getdiyi üçün bunu yenidən gündəmə gətirmək düzgün deyil.
Bundan sonra, V. Muradov efiri tərk edib. Aparıcı İlqar Mikayıloğlu onu sakitləşdirməyə çalışsa da, müğənni geri qayıtmayıb.