"Yuventus" Çempionlar Liqasının Liqa mərhələsinin I turunda PSV-ni 3:1 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, oyunda ilk qolun müəllifi olan Kenan Yıldız Turin təmsilçisinin tarixinə düşüb.
Türk ulduz klub tarixində Çempionlar Liqasında fərqlənən ən gənc futbolçu olub.
19 yaşlı oyunçu Del Pyeronun 20 yaşında qırdığı rekordu geridə qoyaraq bu uğura imza atıb.
Həmçinin Türkiyə millisinin futbolçusu Çempionlar Liqasının yeni formatında ilk qol vuran futbolçu olub.