AZ

Finlandiya prezidenti Rusiyanın Təhlükəsizlik Şurasından çıxarılmasını istəyir

Finlandiya prezidenti Aleksander Stubb BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsini, istənilən dövlətin veto hüququnun ləğvini və Rusiya ilə Ukrayna arasındakı münaqişəyə bənzər hərbi əməliyyatlarda iştirak edən ölkələrin istisna edilməsini nəzərdə tutan islahatlara çağırıb. 

HİT.az xəbər verir ki, bu barədə "Reuters" yazıb.

Stubb qarşıdan gələn BMT Baş Assambleyasında təşkilatda islahatların aparılması çağırışlarını dəstəkləyəcəyini bildirib. "Rusiyanın Ukraynadakı münaqişəsi kimi münaqişə ilə məşğul olan Təhlükəsizlik Şurasının istənilən üzvü təşkilatdan çıxarılmalıdır", deyə prezident bildirib.

Finlandiya prezidenti həmçinin qeyd edib ki, heç bir dövlət BMT Təhlükəsizlik Şurasında veto hüququna malik olmamalıdır.

Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, BMT Təhlükəsizlik Şurasının islahatı Afrika ölkələrindən birinə daimi üzvlü yerin ayrılması ilə başlamalıdır Təhlükəsizlik Şurasının beş daimi üzvünün rəyi əsasında əldə ediləcək.

Hazırda BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü var: Çin, Rusiya, Böyük Britaniya, ABŞ və Fransa, həmçinin iki il müddətinə seçilən 10 qeyri-daimi üzv.

Samir
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
1
hit.az

2Mənbələr