AZ

Qriqoryan: Ermənistan Fransa və Hindistanla hərbi-texniki sahədə sıx əməkdaşlıq edir, yeni tərəfdaşlar axtarır

“Əvvəllər Rusiya ilə hərbi-texniki əməkdaşlığın səviyyəsi 96 faizə çatırdısa, indi bu göstərici 10 faizdən aşağı düşüb”.

APA-nın “Sputnik-Armenia”ya istinadən məlumatına görə, bu fikirləri Ümumdünya Erməni Sammitində Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Onun sözlərinə görə, ölkəsi Fransa və Hindistanla hərbi-texniki sahədə sıx əməkdaşlıq edir:

“Hazırda bu sahədə iki əsas tərəfdaşımız var. Onlardan biri Hindistan, digəri isə Fransadır. Biz yeni tərəfdaşlar axtarırıq”.

Seçilən
21
9
apa.az

10Mənbələr