Meksika prezidenti Klaudiya Şeynbaum ukraynalı həmkarı Vladimir Zelenskinin Ukraynaya rəsmi səfərə dəvətini rədd edib.
"Yeni Azərbaycan" xəbər verir ki, bu barədə onun rəsmi Facebook səhifəsində məlumat verilib.
“Mənim vəziyyətimdə əsas vəzifə Meksikanı idarə etməkdir. Biz vacib hesab etdiyimiz bəzi beynəlxalq tədbirlərə gedəcəyik, lakin çox səyahət etməyəcəyik, çünki bizim məsuliyyətimiz buradadır”, - deyə prezident öz qərarını açıqlayıb.
Havar Şəfiyeva