"Bu il 1-ci sinfə gedən uşaqların sayı keçən illə müqayisədə xeyli azalıb. Belə ki, 2023-2024-cü tədris ili üzrə I sinfə 132 261 uşaq qəbul olunduğu halda, 2022-2023-cü tədris ilində ölkənin ümumtəhsil məktəblərinin 1-ci sinfinə 137 862 uşaq gedib. Rəqəmlər problemin nə qədər aktual və narahatedici olduğunu göstərir".Musavat.com xəbər verir ki, bunu Milli Məclisin VI çağırış deputatı Ceyhun Məmmədov deyib.O bildirib ki, bu məsələ çox ciddi yanaşma tələb edir:"Xüsusilə bu azalma bölgələrdə özünü nəzərəçarpacaq dərəcədə göstərir. Sözügedən məsələ ilə ciddi məşğul olmasaq, gələcəkdə çox ciddi problemlərlə üz-üzə qalacağıq".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta