AZ

İtaliya futbolunun əfsanəsi vəfat edib

İtaliya millisinin, həmçinin “Yuventus” və “İnter” klublarının sabiq futbolçusu Salvatore Skilaççi 59 yaşında vəfat edib.

Xezerxeber.az xəbər verir ki, xərçəng xəstəliyi diaqnozu qoyulan “Toto” ləqəbli veteran futbolçu sentyabrın 7-dən xəstəxanada müalicə alırdı.

O, 90-cı illərin məşhur simalarından idi. İtaliyanın Baş naziri Ciorcia Meloni Skilaççinin vəfatından kədərləndiyini bildirib, ailəsinə başsağlığı verib. Baş nazir bayraq üçün etdiklərinə və İtaliya xalqına yaşatdığı emosiyalara görə “Toto”ya təşəkkürünü bildirib.

Qeyd edək ki, Skilaççi 1990-cı ildə keçirilmiş dünya çempionatını 6 qolla bombardir kimi başa vuraraq “Qızıl buts” mükafatına layiq görülmüşdü.

Seçilən
7
3
xezerxeber.az

4Mənbələr