AZ

"KTMT Ermənistanın təhlükəsizliyinə təhdid yaradır"

“KTMT Ermənistanın təhlükəsizliyinə, gələcək mövcudluğuna və suverenliyinə təhdid yaradır”.

Titul.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan II Ümumdünya Erməni Sammitində çıxışında deyib. 

“Biz təşkilatda iştirakımızı tək KTMT-nin öz öhdəliklərini yerinə yetirmədiyinə görə yox, həm də onun Ermənistanın təhlükəsizliyinə, gələcək mövcudluğuna, suverenliyinə və dövlətçiliyinə təhdid yaratdığına görə dondurmuşuq”, - deyə Paşinyan qeyd edib. 

Paşinyan, həmçinin vurğulayıb ki, ölkəsi KTMT ilə münasibətlərdə geri dönülməsi mümkün olmaya nöqtəyə yaxındır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
1
titul.az

2Mənbələr